Belarusda daha 253 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, son sutkada 5 nəfər koronavirusdan vəfat edib, 178 nəfər isə sağalıb.
Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 76 357 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 796 nəfər ölüb, 73 564 nəfər isə sağalıb.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri Belarusda 1 759 393 test icra olunub.