Belarusda koronavirusdan ölənlərin sayı 23-ə çatdı

Region
  • 11 aprel, 2020
  • 10:22
Belarusda koronavirusdan ölənlərin sayı 23-ə çatdı

Belarusda son sutkada COVID-19-dan 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ölkə üzrə 2 226 nəfər koronavirusa yoluxub. Virus qurbanlarının ümumi sayı isə 23-ə çatıb.