Belarusda koronavirusa yoluxanların sayı 14 mini ötdü

Belarusda koronavirusa yoluxanların sayı 14 mini ötdü Belarusda koronavirusa son sutkada 846 yeni yoluxma hadisəsi qeydə alınıb.
Region
30 Aprel , 2020 16:43
Belarusda koronavirusa yoluxanların sayı 14 mini ötdü

Belarusda koronavirusa son sutkada 846 yeni yoluxma hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, yoluxanların ümumi sayı 14 027-yə çatıb. Ölkə üzrə 89 pasiyent virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 238 000-i ötüb. Bunların 1 010 530 nəfəri sağalıb, 228 850 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi