Belarusda koronavirusa yoluxan tibb işçilərinin sayı 400-ü ötdü

Belarusda koronavirusa yoluxan tibb işçilərinin sayı 400-ü ötdü “Koronavirusa yoluxan tibb işçilərinin sayı 419 nəfər olub. Bu, dünənki rəqəmdir. Hazırda son məlumatlarla bağlı analizlər aparılır”.
Region
17 Aprel , 2020 15:29
Belarusda koronavirusa yoluxan tibb işçilərinin sayı 400-ü ötdü

“Koronavirusa yoluxan tibb işçilərinin sayı 419 nəfər olub. Bu, dünənki rəqəmdir. Hazırda son məlumatlarla bağlı analizlər aparılır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusun səhiyyə naziri Vladimir Karanik açıqlayıb.

Qeyd edək ki, aprelin 11-də nazir yoluxan tibb işçilərinin sayının 301 olduğunu açıqlamışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 195 000-i ötüb. Bunların 557 475 nəfəri sağalıb, 147 480 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi