Belarusda son sutka ərzində daha 155 nəfərdə koronavirus aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da Belarusda yoluxma hallarının ümumi sayı 65 269-a çatıb.
Son sutkada COVID-19-dan 5 nəfər ölüb və pandemiya qurbanlarının sayı 474-ə çatıb.
Virusa yoluxan 55 799 pasiyent sağalıb.