Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır

Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır “Biz Rusiya Federasiyası və təbii ki, Avropa İttifaqı ilə maksimal xoş münasibətlərdən yanayıq”.
Region
470
21 Avqust , 2020 12:50
Belarus müxalifəti Rusiya ilə münasibətlərə müsbət baxır
Pavel Latuşko

“Biz Rusiya Federasiyası və təbii ki, Avropa İttifaqı ilə maksimal xoş münasibətlərdən yanayıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu müxalifətin yaratdığı Koordinasiya Şurasının rəyasət heyətinin üzvü Pavel Latuşko söyləyib.

Məlumata görə, o, bunu şuranın Rusiya ilə münasibətləri pisləşdirmək istiqamətində işlər gördüyünə dair fikirlərə cavab vermək məqsədilə bildirib.

Qeyd edək ki, avqustun 19-da Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti ölkəni Rusiya ilə qarşıdurmaya çəkməkdə günahlandırıb.

Son xəbərlər

Orphus sistemi