Beka Odişariya: Gürcü və azərbaycanlı gəncləri yaxınlaşdırmaq lazımdır

Beka Odişariya: Gürcü və azərbaycanlı gəncləri yaxınlaşdırmaq lazımdır “Gürcüstan və Azərbaycan xalqlarını güclü mədəni əlaqələr birləşdirir”
Region
17 Mart , 2021 22:30
Beka Odişariya: Gürcü və azərbaycanlı gəncləri yaxınlaşdırmaq lazımdır
Beka Odişariya

“Gürcüstan və Azərbaycan xalqlarını güclü mədəni əlaqələr birləşdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentin Diaspor və Qafqaz məsələləri üzrə Komitəsinin sədri Beka Odişariya Tbilisidə Novruz şənliyində çıxışında deyib.

Onun sözlərinə görə, bu sahədə hər iki ölkənin ictimai xadimləri, filosofları, rəssamları, mədəniyyətşünasları xüsusi xidmətləri ilə seçiliblər: “Mirzə Fətəli Axundzadə və Akaki Tsereteli bizim xalqlarımızı mədəni cəhətdən həmişəlik bir-birinə bağlayıb. Məlumdur ki, Akaki Tsereteli azərbaycanlı ədibin “Lənkəran xanının vəziri” əsərini gürcü dilinə tərcümə edib və bu da onun Azərbaycan mədəniyyətinə yaxın olduğunu sübut edir”.

Parlament üzvü bildirib ki, hər iki ölkə strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərini bu gün də davam etdirir: “Biz gənc nəsillərimizin bir-biri ilə yaxınlaşdırılması üçün əlimizdən gələni etməliyik”.

B.Odişariya komitə sədri olmaqla yanaşı, Tbilisinin Krtsanisi və Mtatsminda rayonlarından majoritar deputat olduğunu qeyd edib: “Bu rayonlarda azərbaycanlılar sıx məskunlaşıb. Gürcüstan azərbaycanlıları bərabərhüquqlu vətəndaşlarımızdır. Biz etnik azlıqlar deyəndə, bu, ehtimal ki, şərti anlayışdır. Çünki hamımız bir ölkənin övladlarıyıq”.

Son xəbərlər

Orphus sistemi