Bəhruz Nəbiyev: "Azərbaycandan Türkiyəyə 13 baş Qarabağ atı gətirilib"

Bəhruz Nəbiyev: "Azərbaycandan Türkiyəyə 13 baş Qarabağ atı gətirilib" "Etnospor Mədəniyyət Festivalı artıq beşinci dəfədir keçirilir. Azərbaycan bu festivalda bu il ikinci dəfə təmsil olunur. Bundan əvvəlki iştirakımız 2019-cu ildə oldu. O vaxt Qarabağ problemi hələ davam edirdi və Qarabağ torpağı qədər atları da bizim yara
Region
10 İyun , 2022 18:27
Bəhruz Nəbiyev: Azərbaycandan Türkiyəyə 13 baş Qarabağ atı gətirilib

"Etnospor Mədəniyyət Festivalı artıq beşinci dəfədir keçirilir. Azərbaycan bu festivalda bu il ikinci dəfə təmsil olunur. Bundan əvvəlki iştirakımız 2019-cu ildə oldu. O vaxt Qarabağ problemi hələ davam edirdi və Qarabağ torpağı qədər atları da bizim yaralı yerimiz idi. Lakin artıq bu il biz qürur, fəxr hissi ilə Qarabağı dünyaya çatdırırıq. Çünki artıq biz qalib dövlətin vətəndaşlarıyıq və Qarabağ atları indi öz torpaqlarına qayıdıb. Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının (AAF) Baş katibi Bəhruz Nəbiyev bildirib.

Bundan əvvəl Qarabağ atlarının İngiltərədə tədbirlərdə iştirak etdiyini xatırladan Bəhruz Nəbiyev AAF-ın orada ölkəmizi təmsil etməkdən qürur duyduğunu vurğulayıb.

Baş katib builki festivalda ölkəmizin Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyəti ilə təmsil olunduğunu deyib:

“Ölkəmizdən tədbirə 13 baş at gətirilib. Onlardan biri "Dilbaz" atıdır. O da Azərbaycanın təbii ki, ən qədim və dəyərli at cinslərindən biridir. Digər 12 at isə Qarabağ cinsinə məxsusdur. Festivalda ölkəmizin altı dəqiqəlik çox gözəl “Odlar yurdu” adlı kompozisiyası təqdim olunur. Çıxışlar izləyicilər tərəfindən çox böyük maraqla və zövqlə qarşılanır. Bizim kompozisiya özündə Azərbaycan milli geyimlərini, rəqslərini və eyni zamanda milli atlarımız üzərində igidlik nümayişlərini özündə birləşdirib”.

Son xəbərlər

Orphus sistemi