Cozef Bayden gələn ay İsrailə səfər edəcək - YENİLƏNİB

Cozef Bayden gələn ay İsrailə səfər edəcək - YENİLƏNİB ABŞ Prezidenti Cozef Bayden iyunun 23-də İrailə səfər edəcək.
Region
4 İyun , 2022 09:47
Cozef Bayden gələn ay İsrailə səfər edəcək - YENİLƏNİB

ABŞ Prezidenti Cozef Baydenin İsrailə iyunun ikinci yarısına nəzərdə tutulan səfəri təxirə salınıb.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

Məlumata görə, Ağ ev Cozef Baydenin İsrailə səfərini NATO və Avropada keçiriləcək G7 toplantılarına bağlamamaq, onu Yaxın Şərq ziyarətinin bir hissəsinə çevirməmək barədə qərar edib.

Bildirilib ki, Ağ ev Prezident İsrailə rəsmi səfərini hələ elan etmədiyindən onun tarixinə də şərh vermirlər.

Vurğulanıb ki, Baydenin səfəri bu ilin iyulunda reallaşacaq. ABŞ Prezidenti Yaxın Şərqə səfəri ilə bağlı bunları deyib: “Mənim vəzifəm Yaxın Şərqə sülh aparmaqdır. İsraillə ərəb ölkələri arasında davam edən ağılsız müharibə ehtimalını azaltmaqdır".

Qeyd edək ki, onun səfər zamanı İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə görüşləri planlaşdırılır.

08:56

ABŞ Prezidenti Cozef Bayden iyunun 23-də İsrailə səfər edəcək.

Bu barədə “Report” İsrailin “Ynet” portalına istinadən xəbər verir.

Qeyd edilir ki, Ağ Ev rəhbəri ertəsi gün Ramallahı ziyarət edəcək, sonra isə Səudiyyə Ərəbistanının da daxil olduğu Yaxın Şərq səfərini davam etdirəcək.

Baydenin Səudiyyə Ərəbistanına ilk səfərinə və krallğın rəsmiləri ilə ilk görüşünə hazırlıqlar barədə məlumat hələ may ayında mətbuata sızdırılıb, lakin ABŞ Prezidentinin özü ötən ay əvvəlcə Yaxın Şərq regionuna, o cümlədən İsrail və Səudiyyə Ərəbistanına səfər planlarını təsdiqləsə də, sonradan səfərin baş tutmayacağını açıqlayıb.

Bayden vurğulayıb ki, Yaxın Şərqdə sülhə nail olmaq onun üçün prioritet olaraq qalır və əgər səfər baş tutsa, bu, məhz regionda əsassız müharibələrə son qoymağa çalışmaq naminədir.

"İnsan haqları məsələsi ilə bağlı fikirlərimi dəyişməyəcəm, lakin ABŞ Prezidenti kimi mənim işim bacardığım qədər sülh gətirməkdir və bunu edəcəm", - Bayden deyib.

Son xəbərlər

Orphus sistemi