Batumidə koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb

Batumidə koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb Acarıstanda son sutkada daha 165 nəfərdə COVID-19 aşkarlanıb
Region
23 Sentyabr , 2020 12:28
Batumidə koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb

Gürcüstanın Batumi şəhərində koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, Batumi Doğum Evində müalicə olunan pasiyentlər xəstəliyi simptomsuz keçirirlər.

Qadınlardan biri qeysəriyyə əməliyyatı olunub. Körpənin virusa yoluxub-yoluxmamasını müəyyən etmək üçün bioloji nümunəsi laboratoriyaya göndərilib.  

Qeyd edək ki, Acarıstanda son sutkada daha 165 nəfərdə COVID-19 aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi