Batumidə əcnəbi qadını bıçaqlayan Gürcüstan vətəndaşı özünü öldürüb

Batumidə əcnəbi qadını bıçaqlayan Gürcüstan vətəndaşı özünü öldürüb Gürcüstanın Batumi şəhərində bulvar ərazisində insident baş verib.
Region
13 Sentyabr , 2021 11:30
Batumidə əcnəbi qadını bıçaqlayan Gürcüstan vətəndaşı özünü öldürüb

Gürcüstanın Batumi şəhərində bulvar ərazisində insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan vətəndaşı olan gənc qadın turisti bıçaqlayıb.

Belarus vətəndaşı olan qadın xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükənin olmadığı bildirilir.

Hadisəni törədən şəxs daha sonra özünü öldürüb.

İnsidentin dəqiq səbəbi hələ məlum deyil. Yayılan məlumatlara əsasən, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı istintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi