Batumidə binanın dam örtüyü uçub, xəsarət alanlar var

Batumidə binanın dam örtüyü uçub, xəsarət alanlar var Tbilisi. 4 yanvar. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək Çavçavadze küçəsində yerləşən 9 mərtəbəli binalardan birinin dam örtüyünü uçurub.
Region
4 Yanvar , 2019 19:01
Batumidə binanın dam örtüyü uçub, xəsarət alanlar var

Tbilisi. 4 yanvar. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində güclü külək Çavçavadze küçəsində yerləşən 9 mərtəbəli binalardan birinin dam örtüyünü uçurub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, nəticədə binanın yaxınlığından keçən iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilib.

Dam örtüyünün digər hissəsi yaxınlıqdakı iki avtomobilin üzərinə düşüb.

Batumidə güclü küləklə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 11 məlumat daxil olub.

Gürcüstan Daxili İşlər Nazirliyi baş verən hadisə ilə bağlı istintaqa başlayıb. 

Son xəbərlər

Orphus sistemi