Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı ölüb

Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı ölüb Batumidə binanın çökməsi nəticəsində ölənlərin 3-ü bir ailənin üzvüdür.
Region
9 Oktyabr , 2021 11:49
Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı ölüb

Batumidə binanın çökməsi nəticəsində ölənlərin 3-ü bir ailənin üzvüdür.

“Report”un yerli bürosu xəbər verir ki, onlar ana və onun 2 azyaşlı övladıdır.

Dağıntılar altından ötən gecə çıxarılan 35 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Çox ağır xəsarətlər alan qadının ürəyi 5 dəfə dayanıb. Onun azyaşlı qızı və oğlunun meyitləri bu gün səhər saatlarında dağıntılar arasında aşkarlanıb.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 6 nəfər ölüb. Üç nəfərin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi