Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Başqırdıstan Respublikası rəhbəri Həmidov Rüstəm Zəkiyeviçin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərman imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda R.Həmidovun öz istəyi ilə vəzifədən getdiyi bildirilir.
Rusiya prezidentinin digər fərmanı ilə Xəbirov Radi Faridoviç Başqırdıstan Respublikasının yeni rəhbəri seçilənədək onun vəzifələrinin müvəqqəti icraçısı təyin olunub.