Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib"

Baş Qərargah: "Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib" Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini – 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanaldı raketini məhv edib
Region
26 Aprel , 2022 10:44
Baş Qərargah: Rusiyanın 3 təyyarəsi, 4 tankı, 5 artilleriya sistemi, 13 zirehli texnikası məhv edilib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya hərbçilərinin 10 hava hədəfini – 3 təyyarə, əməliyyat-taktiki səviyyədə 4 PUA və 3 qanaldı raketini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Məlumata görə, ötən sutkada Donetsk və Luqansk vilayətlərində rəqibin 6 hücumunun qarşısı alınıb, 4 tank, 5 artilleriya sistemi, 13 zirehli texnika, 15 avtomobil texnikası, 2 yanacaqdaşıyan maşın, bir zenit qurğusu məhv edilib.

Bildirilib ki, Ukrayna hərbçiləri Xerson vilayətinin Bolşaya Aleksandrovka yaşayış məntəqəsində Rusiyanın silah-sursat anbarını dağıdıb və 70-dən çox şəxsi heyətini zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi