Xaçatryanın şikayəti üzrə məhkəmə iclası təyin edilib

Xaçatryanın şikayəti üzrə məhkəmə iclası təyin edilib Ermənistan inzibati məhkəməsinin hakimi Mari Ambarsumyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryanın işi üzrə aprelin 29-na məhkəmə iclası təyin edib
Region
11 Mart , 2021 10:31
Xaçatryanın şikayəti üzrə məhkəmə iclası təyin edilib
Tiran Xaçatryan

Ermənistan inzibati məhkəməsinin hakimi Mari Ambarsumyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryanın işi üzrə aprelin 29-na məhkəmə iclası təyin edib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Tiran Xaçatryan 2021-ci il fevralın 24-də tutduğu vəzifədən azad edilməsi ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyanın qərarının qanunsuz sayılmasını tələb edir.

İş üzrə cavabdeh Ermənistan prezidenti Armen Sarkisyandır. Məhkəmədə üçüncü şəxs qismində baş nazir aparatı və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı çıxış edəcək.

Qeyd edək ki, fevralın 24-də Armen Sarkisyan general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb general-leytenantın Nikol Paşinyanın “İsgəndər” raketinin “10 faizinin partlaması” ilə bağlı dediklərini ələ salması olub. Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İsgəndər" raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İsgəndər?" Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".

Ermənistanın Müdafiə Nazirliyi bundan bir neçə sonra geniş bəyanatla çıxış edib. Nazirlik iddia edib ki, Xaçatryanın sözləri guya “təhrif olunub”.

Son xəbərlər

Orphus sistemi