Baş Prokurorluq: "Qazaxıstanda yanvar hadisələrində 230 nəfər ölüb"

Baş Prokurorluq: "Qazaxıstanda yanvar hadisələrində 230 nəfər ölüb" Bu ilin yanvarında Qazaxıstanda baş verən etiraz aksiyaları nəticəsində 19-u güc strukturlarının əməkdaşları olmaqla 230 nəfər ölüb
Region
14 Mart , 2022 09:43
Baş Prokurorluq: Qazaxıstanda yanvar hadisələrində 230 nəfər ölüb

Bu ilin yanvarında Qazaxıstanda baş verən etiraz aksiyaları nəticəsində 19-u güc strukturlarının əməkdaşları olmaqla 230 nəfər ölüb.

“Report” “Zakon”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş prokuroru Berik Asılov martın 14-də parlamentin Aşağı Palatasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu günədək 350 min, o cümlədən 20 min yoxlama, sorğu-sual və axtarış istintaq əməliyyatı keçirilib. 3,5 min məhkəmə ekspertizası reallaşdırılıb. Baş prokuror bildirib ki, dövlətin bütün orqanlarında 766 şübhəli həbs edilib.

Berik Asılov qeyd edib ki, saxlanılanların 19-u iğtişaşçı dini cərəyanların, 27-si qadağan olunan ekstremist təşkilatların, 24-ü mütəşəkkil cinayət qrupların üzvləri və 113 şəxs isə qətl, qarət, oğurluq və quldurluğa görə mühakimə olunmuşlardır. Berik Asılovun sözlərinə görə, Baş Prokurorluq 22 mindən çox vətəndaşın cinayət işində iştirakını yoxlayıb.

Qeyd edək ki, bu il yanvarın 2-də təbii qazın və başqa yanacaq növlərinin qiymətinin bahalaşmasına etiraz olaraq Qazaxıstanın Manqistau vilayətində başlayan aksiyalar yanvarın 4-də ölkənin başqa iri şəhərlərini əhatə edib. Hökumət qiymət artımını ləğv etsə də etirazların qarşısını ala bilməyib.

Prezidentin sərəncamı ilə komendant saatı elan olunub, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib, insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qazaxıstan hökuməti yanvarın 5-fə istefa verib. Kütləvi çıxışlara reaksiya verən Prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına Elbası (“millət atası”), ölkənin ilk Prezidenti Nursultan Nazarbayev deyil, özü başçılıq edəcək.

Son xəbərlər

Orphus sistemi