Baş nazir: “Gürcüstan-NATO əməkdaşlığı dərinləşdirilməlidir”

Baş nazir: “Gürcüstan-NATO əməkdaşlığı dərinləşdirilməlidir” “Gürcüstan NATO-nun ən əsas tərəfdaşlarından biridir”.
Region
29 Sentyabr , 2020 14:10
Baş nazir: “Gürcüstan-NATO əməkdaşlığı dərinləşdirilməlidir”
Giorgi Qaxaria və Yens Stoltenberq

“Gürcüstan NATO-nun ən əsas tərəfdaşlarından biridir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə keçirdiyi görüşdən sonra bildirib.

Baş katib deyib ki, Gürcüstan NATO-nun təhlükəsizliyi və missiyalarının uğurlarına verdiyi töhfələrlə fəxr etməlidir: “Biz təhlükəsizlik sahəsi, təlimlər, Əfqanıstandakı missiya da daxil olmaqla bir sıra digər istiqamətlər üzrə olduqca sıx əməkdaşlıq edirik. NATO və Gürcüstanı arasındakı möhkəm və sıx əlaqələri yüksək qiymətləndirirəm”.

G.Qaxaria isə öz növbəsində bildirib ki, NATO və Gürcüstan arasında əməkdaşlıq dərinləşdirilməlidir: “Bizim üçün ən vacib məqam Qara dəniz bölgəsindəki təhlükəsizlik sahəsində Gürcüstanın yeni rolu və funksiyasından ibarətdir. Bu, NATO ilə münasibətlərin dərinləşdirilməsi üçün imkandır”.

Son xəbərlər

Orphus sistemi