Baş nazir: “Gürcüstan hər zaman Cənubi Qafqazda dinc birgəyaşayışın tərəfdarı olub”

Baş nazir: “Gürcüstan hər zaman Cənubi Qafqazda dinc birgəyaşayışın tərəfdarı olub” “Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub”.
Region
31 May , 2022 16:35
Baş nazir: “Gürcüstan hər zaman Cənubi Qafqazda dinc birgəyaşayışın tərəfdarı olub”

“Gürcüstan hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla keçirdiyi görüşdə bildirib.

O, Gürcüstanın regional dialoqa vasitəçilik eməyə hazır olduğunu qeyd edib.

Görüşdə dünyada və regionda təhlükəsizlik məsələləri nəzərdən keçirilib. İ.Qaribaşvilinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq formatının və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını nəzərdə tutan “Dinc Qonşuluq” təşəbbüsü müzakirə olunub.

V.Xaçaturyan Gürcüstanın hökumət başçısına sülh naminə dialoq prosesinə verdiyi töhfəyə görə təşəkkür edib.

Tərəflər ölkələr arasında energetika və nəqliyyat komunikasiyaları sahələrində əməkdaşlığın inkişafı mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi