Baş nazir: ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyirik

Baş nazir: ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyirik Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin ABŞ ilə strateji tərəfdaşlığı “təmiz səhifədən” başlamaq və bu prosesi konkret yol xəritəsi əsasında irəlilətmək niyyətində olduğunu bildirib.
Region
20 mart 2025 12:01
Baş nazir: ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyirik

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin ABŞ ilə strateji tərəfdaşlığı “təmiz səhifədən” başlamaq və bu prosesi konkret yol xəritəsi əsasında irəlilətmək niyyətində olduğunu bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə Gürcüstanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Baş nazirin sözlərinə görə, ABŞ-nin Gürcüstandakı səfiri Robin Danigan və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin görüşü bu istiqamətdə mühüm addımdır.

O vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlığın yenidən qurulması üçün qarşılıqlı maraq var və bu proses üçün konkret addımlar atılmalıdır.

“Biz istəyirik ki, ABŞ ilə münasibətləri tamamilə yenidən quraq, ortaq prioritetlərə əsaslanan yol xəritəsi hazırlayaq. ABŞ-nin yeni administrasiyasının açıqlamaları göstərir ki, dəyərlərimiz və baxışlarımız üst-üstə düşür. Bundan sonra əsas məsələ konkret addımların atılmasıdır”, - İ.Kobaxidze qeyd edib.

Son xəbərlər

Orphus sistemi