Baş katib: “NATO Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı gücləndirəcək”

Baş katib: “NATO Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı gücləndirəcək” “Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq”.
Region
7 Oktyabr , 2021 17:41
Baş katib: “NATO Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı gücləndirəcək”
Yens Stoltenberq

“Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, sammitdə hansı qərarların qəbul olunacağı barədə danışmaq hələ tezdir: “Əminəm ki, müttəfiqlər bu günə qədər qəbul edilmiş, həmçinin Gürcüstan və Ukraynanın Avroatlantik səyləri ilə bağlı qərarları dəstəkləyəcəklər”.

Baş katib qeyd edib ki, NATO Ukrayna və Gürcüstanla əməkdaşlıq və tərəfdaşlığı gücləndirməkdə davam edəcək.

Qeyd edək ki, Madrid sammitinin tarixi hələ məlum deyil. Tarixin yaxın zamanlarda elan olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi