Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət sabitləşir”

Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət sabitləşir” “Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”.
Region
18 Yanvar , 2021 13:10
Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət sabitləşir”
Amiran Qamkrelidze

“Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son ayda koronavirusa yeni yoluxma hallarının və infeksiyanın yayılmasının azalması tendensiyası müşahidə olunur: “Lakin bu, bizə arxayınlaşmağa heç bir əsas verməməlidir. Belə ki, Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır”.

Baş epidemioloq Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını qeyd edib. “Baş nazir itqisadiyyat və səhiyyə nazirliklərinə məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması ilə bağlı plan hazırlamağı tapşırıb”.

Son xəbərlər

Orphus sistemi