Bahçelidən Ərdoğana dəstək: "Arazı ayırdılar, hətta qopardılar"
Bahçelidən Ərdoğana dəstək: "Arazı ayırdılar, hətta qopardılar"Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.
"Report" xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb:
"Bu dəfə mən də səslənirəm:
Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar".
Bir kez de ben sesleniyorum: “Aras'ı ayırdılar, mil ilen doyurdular, men senden ayrılmazdım, zor ilen ayırdılar. Ay Laçın, can Laçın, men sene kurban Laçın” Bu şiirin neresi yanlış? Ermenistan’a alenen destek verenler bize ne anlatıyorlar? Arası ayırdılar, hatta kopardılar.