İraqda hərbçilərə hücum olub, 4 əsgər ölüb, 17-si yaralanıb

İraqda hərbçilərə hücum olub, 4 əsgər ölüb, 17-si yaralanıb İraqın paytaxtı Bağdadın şimalında hərbi hissəyə edilən silahlı hücum nəticəsində 4 hərbçi ölüb, 17-si yaralanıb.
Region
4 İyun , 2019 17:20
İraqda hərbçilərə hücum olub, 4 əsgər ölüb, 17-si yaralanıb

İraqın paytaxtı Bağdadın şimalında hərbi hissəyə edilən silahlı hücum nəticəsində 4 hərbçi ölüb, 17-si yaralanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı İraqın təhlükəsizlik orqanları yayıb.

Hücum edənlərin tutulması və ya zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Xəstəxanada növbətçi həkim tapılmadığı üçün cərrahiyyə əməliyyatı otağının qarşısında gözləyənlər hərbçilər tərəfində cib telefonu vasitəsi ilə videoya çəkilib. Video sosial şəbəkədə böyük rezonans doğurub. Çəkiliş edən yaralı hərbçilərdən biri xəstəxananda yaranmış vəziyyət, həkimin tapılmaması ilə bağlı İraqın Səhiyyə Nazirliyinə şikayət edib. Xəsətəxanadakı yaralılardan biri baxımsızlıq səbəbindən ölüb.

Son xəbərlər

Orphus sistemi