Azərbaycanlıların yaşadığı kəndin zibil problemi aradan qaldırılacaq - FOTO

Azərbaycanlıların yaşadığı kəndin zibil problemi aradan qaldırılacaq - FOTO Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndinin sakinləri uzun illərdir məişət tullantıları üçün xüsusi poliqonun yaradılmasını tələb edirlər.
Region
28 Fevral , 2020 18:49
Azərbaycanlıların yaşadığı kəndin zibil problemi aradan qaldırılacaq - FOTO

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndinin sakinləri uzun illərdir məişət tullantıları üçün xüsusi poliqonun yaradılmasını tələb edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, rayonun rəhbəri David Şerazadişvili problemlə yerində tanış olmaq üçün kəndə baş çəkib.

Kənd sakinləri bildiriblər ki, neçə ildir tullantılar yerə atılır və böyük ərazidə zibil qalaqları yaranıb.

D.Şerazadişvili deyib ki, məsələ araşdırılacaq və problemin aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi