Azərbaycanlı və gürcü ekspertlər əməkdaşlıq platforması təsis edir

Azərbaycanlı və gürcü ekspertlər əməkdaşlıq platforması təsis edir “Gürcüstan və Azərbaycandan olan ekspertlər əməkdaşlıq üzrə yeni format yaradır”.
Region
25 Yanvar , 2021 17:53
Azərbaycanlı və gürcü ekspertlər əməkdaşlıq platforması təsis edir

“Gürcüstan və Azərbaycandan olan ekspertlər əməkdaşlıq üzrə yeni format yaradır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi dəyirmi masada politoloq Gela Vasadze bildirib.

Gürcü ekspertin fikrincə, bu cür platformanın yaradılmasına ehtiyac var: “İkinci Qarabağ müharibəsinin Gürcüstanda işıqlandırılması baxımından müəyyən çətinliklər yaşandı. Aparılan informasiya müharibəsi yalnız Azərbaycan və Gürcüstana qarşı deyil, həmçinin iki ölkənin münasibətlərinin də əleyhinə yönəldilmişdi”.

Onun sözlərinə görə, platforma çərçivəsində Azərbaycan-Gürcüstan münasibətləri təhlil ediləcək, mövcud problemlərin həlli üzrə faydalı ola biləcək konkret tövsiyələr hazırlanacaq.

G.Vasadze formatın təsis olunması istiqamətində işlərə artıq başlanıldığını deyib: “Hesab edirəm ki, pandemiyanın səbəb olduğu məhdudiyyətlərə baxmayaraq, 2021-ci il əməkdaşlıq formatının yaradılması və fəaliyyətə başlaması üçün yaxşı dövr olacaq. Biz platforma ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əməkdaşlığa, Azərbaycan səfiri ilə görüşlər təşkil etməyə hazırıq”.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev öz növbəsində ekspertlərin təşəbbüsünü müsbət qiymətləndirib və səfirliyin təkliflərə açıq olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi