Azərbaycanlı gənclər Gürcüstanın dövlət orqanlarında təcrübə keçəcək

Azərbaycanlı gənclər Gürcüstanın dövlət orqanlarında təcrübə keçəcək Gürcüstanda “1+4” proqramı üzrə ali təhsil alan gənclər üçün dövlət qurumlarında təcrübə proqramına qeydiyyat başlayıb.
Region
28 Mart , 2022 14:31
Azərbaycanlı gənclər Gürcüstanın dövlət orqanlarında təcrübə keçəcək

Gürcüstanda “1+4” proqramı üzrə ali təhsil alan gənclər üçün dövlət qurumlarında təcrübə proqramına qeydiyyat başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Aparatından bildirilib.

Proses aprelin 11-dək davam edəcək. Vakansiyalar www.hr.gov.ge saytında yerləşdirilib.

Proqramda ali məktəblərin III və ya IV kursunda təhsil alan, magistr və məzun olan azərbaycanlı, erməni, abxaz və osetin gənclər iştirak edə biləcəklər.

Proqramın məqsədi Gürcüstanda yaşayan entik azlıq nümayəndələrini dövlət xidmətində fəaliyyətin özəllikləri ilə tanış etmək, gənclərin peşəkar bacarıqlarının inkişafı və son nəticədə onları vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə cəlb etməkdir.

Təcrübə proqramında iştirak imkanını müsabiqə əsasında əldə etmək mümkün olacaq. Xüsusi komissiya təcrübəçilərin seçimini müəyyən edilmiş kriteriyalar əsasında həyata keçirəcək. Uğurlu namizədlər dövlət, yerli idarəetmə və publik hüquqi şəxs olan orqanlarda bir aydan altı ayadək iş təcrübəsi keçəcəklər.

Qeyd edək ki, qonşu ölkədə milli azlıqları təmsil edən gənclər üçün dövlət idarələrində iş təcrübəsi proqramı 2017-ci ildən etibarən həyata keçirilir. Pandemiya səbəbindən proqrama qəbul 2020 və 2021-ci illərdə elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi