Azərbaycanlı deputatlar: Gürcüstanda parlament seçkiləri baş tutub

Azərbaycanlı deputatlar: Gürcüstanda parlament seçkiləri baş tutub “Gürcüstanda keçirilən parlament seçkilərini azad və ədalətli qiymətləndirmək olar”.
Region
1 Noyabr , 2020 13:20
Azərbaycanlı deputatlar: Gürcüstanda parlament seçkiləri baş tutub

“Gürcüstanda keçirilən parlament seçkilərini azad və ədalətli qiymətləndirmək olar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, seçkiləri müşahidə edən Elnur Allahverdiyev bildirib.

Onun sözlərinə görə, seçkilər ATƏT, Avropa Şurasının standartları, həmçinin milli qanunvericilik, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının prosedur və qaydalarına tam uyğun şəkildə baş tutub.

Deputat qeyd edib ki, GUAM-dan olan müşahidəçilər səsvermə prosesində ciddi pozuntularla qarşılaşmayıblar: “Seçki məntəqələrində seçicilərin mövqelərinin azad ifadə olunması üçün bütün şərait yaradılmışdı”.

Səsvermə prosesini izləyən digər deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev də öz növbəsində bildirib ki, seçkilər ən yüksək səviyyədə təşkil olunub: “Seçkilərin baş tutduğunu demək olar”.

Deputat qeyd edib ki, azərbaycanlı parlamentarilər müxtəlif şəhərlərdə olan seçki məntəqələrinə baş çəkiblər və müşahidə zamanı heç bir insident qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi