Azərbaycanlı deputat: “Gürcüstanda prezident seçkiləri demokratik və aşkarlıq şəraitində keçirilir” - FOTO - VİDEO

Azərbaycanlı deputat: “Gürcüstanda prezident seçkiləri demokratik və aşkarlıq şəraitində keçirilir” - FOTO - VİDEO Tbilisi. 28 oktyabr. REPORT.AZ/ “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir”.
Region
28 Oktyabr , 2018 14:35
Azərbaycanlı deputat: “Gürcüstanda prezident seçkiləri demokratik və aşkarlıq şəraitində keçirilir” - FOTO - VİDEO
Foto: "Report"

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir”.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qonşu ölkədə prezident seçkilərini QDİƏT Parlament Məclisinin xətti ilə müşahidə edən Milli Məclisin deputatı Musa Quliyev jurnalistlərə deyib.

Deputat bildirib ki, Tbilisidə bir neçə seçki məntəqəsində olub, seçki komissiyasının üzvləri və müşahidəçilərlə görüşüb: “Məntəqələrdə gürcü xalqının öz niyyət və arzusunu ifadə etmək üçün bütün imkanlar yaradılıb. Seçkinin gedişi və nəticələrinə təsir edə biləcək pozuntulara rast gəlmədik. Müxtəlif məntəqələr üzrə seçicilərin fəallığı müxtəlifdir. Bəzi məntəqələrdə seçicilərin növbəsini müşahidə etdik, bəzilərində isə saat 12 üçün ümumi seçicilərin 10 faizə qədəri səs vermişdi. Bu da demokratik əhval-ruhiyyənin göstəricisidir”.

M.Quliyev seçkilərin nəticələrinin Gürcüstanda demokratiya və dövlətçiliyn möhkəmlənməsinə doğru atılmış daha bir addım olacağına ümid etdiyini söyləyib: “Azərbaycan dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn qorunmasının tərəfdarıdır”. 

Son xəbərlər

Orphus sistemi