Azərbaycanla sərhəddə təxribat törədən daha bir erməni hərbçi yaralanıb - YENİLƏNİB

Azərbaycanla sərhəddə təxribat törədən daha bir erməni hərbçi yaralanıb - YENİLƏNİB Azərbaycanla sərhədyanı ərazidə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi yaralanıb.
Region
12 İyul , 2023 15:40
Azərbaycanla sərhəddə təxribat törədən daha bir erməni hərbçi yaralanıb - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi növbəti təxribat zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində daha bir erməni hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı hərbçi hospitala yerləşdirilib. Onun durumu orta-ağır qiymətləndirilir.

09:46

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində erməni hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı hərbçi hospitala yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.

Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.

Son xəbərlər

Orphus sistemi