Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib Azərbaycanın Tbilisdəki səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili ilə görüşüb.
Region
11 aprel 2025 18:07
Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın Tbilisdəki səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ku, bu barədə məlumatı Gürcüstan DTX yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan DTX rəisinin birinci müavini İrakli Beraya da iştirak edib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Görüş zamanı həmçinin regionda mövcud təhlükəsizlik mühiti, eləcə də iki ölkənin qarşısında duran təhlükələr və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Anri Oxanaşvili və Faiq Quliyev hər iki ölkənin təhlükəsizlik qurumları arasında mövcud olan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın səfiri Anri Oxanaşvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi