“Türk Yurdu Ankara” kitabında Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs olunub

“Türk Yurdu Ankara” kitabında Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs olunub “Türk Yurdu Ankara” kitabında Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs olunub.
Region
4 Dekabr , 2023 16:07
“Türk Yurdu Ankara” kitabında Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs olunub

“Türk Yurdu Ankara” kitabında Azərbaycanın tarixi şəxsiyyətlərindən bəhs olunub.

"Report”un yerli bürosunun məlumatına görə, kitabın təqdimatı Ankara Ticarət Odası Konqres Mərkəzində (ATO Konqresium) keçirilib.

112-ci ilini qeyd edən Türk Ocaqları Dərnəyinin “Türk Yurdu Yayınları” kitab evinin nəşri olan bu kitab Türkiyənin tanınmış tibb elmləri doktoru, professor Ayşe Filiz Yavuz tərəfindən hazırlanıb.

Müəllif bildirib ki, kitabda Ankaranın tarixi, əfsanələri, mədəni quruluşu, özəllikləri, xatirələri, məşhurları haqqında yer alıb. Kitabda Azərbaycanın tanınmış görkəmli şəxsiyyətləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu və digərlərindən də bəhs edilib.

Onun sözlərinə görə, 1923-cü il oktyabrın 13-də paytaxt elan edilən Ankaranın Türkiyədə, eləcə də türk dünyasında geniş məzmunda tanıdılması üçün kitabda hərtərəfli məlumatlar yer alıb.

Qeyd edək ki, Türk Ocaqları Dərnəyinin rəhbərliyində təmsil olunan Ayşe Filiz Yavuz türk dünyası ilə bağlı ən çox tədqiqat aparan türk ziyalılarındandır.

Son xəbərlər

Orphus sistemi