“Pandemiyanın çətin günlərində Gürcüstan xəstəxanalarında tibbi oksigen çatışmazlığı yarananda Azərbaycan tərəfi problemin həlli ilə bağlı bir neçə dəqiqə ərzində qərar qəbul edib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
O, çox qısa vaxt ərzində Azərbaycandan Gürcüstana 100 tondan çox tibbi oksigenin çatdırıldığını bildirib: “Azərbaycanın bu dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib. Azərbaycan hökuməti və xalqına problemin operativ şəkildə həllinə göstərilən qardaş yardımına görə təşəkkür edirəm”.
Səfir qeyd edib ki, Azərbaycan üçüncü ölkələrdən Gürcüstana medikamentlərin Bakıdan quru və hava yolu vasitəsilə çatdırılmasına da böyük köməklik göstərib.