Azərbaycanda çalışmış mütəxəssis "Dinamo" klubunda vəzifə alıb

Azərbaycanda çalışmış mütəxəssis "Dinamo" klubunda vəzifə alıb Gürcüstanın futbol üzrə yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Rexviaşvili Tbilisinin “Dinamo” futbol klubunun idman direktoru təyin olunub.
Region
108
13 Sentyabr , 2021 17:50
Azərbaycanda çalışmış mütəxəssis Dinamo klubunda vəzifə alıb

Gürcüstan millisinin sabiq futbolçusu Aleksandr Rexviaşvili Tbilisi “Dinamo”sunun idman direktoru təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə klubun prezidenti Roman Pipiya və komandanın baş məşqçisi Kaxa Tsxadadze keçirdikləri brifinqdə məlumat veriblər.

Klubun qərarına əsasən, R.Pipiyanın səlahiyyətlərinin bir qismi idman direktoruna təhvil verilib.

A.Rexviaşvili 2019-cu ilin yazından Belarusun “Şaxtyor” klubunda analoji vəzifəni tutub.

Brifinqdə həmçinin bildirilib ki, K.Tsxadadze komanda ilə ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, A.Rexviaşvili futbol karyerasına 1991-ci ildə “Dinamo”da başlayıb. 47 yaşlı mütəxəssis 2005-ci ildə “Bakı” klubunda çıxış edib. 2012 - 2014-cü illərdə isə Bakının “İnter” klubunda məşqçi-seleksiyaçı vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi