Azərbaycanda 7 mindən çox Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır

Azərbaycanda 7 mindən çox Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır “Ən çox Gürcüstan vətəndaşları konsulluq qeydiyyatına 5 ölkədə alınıblar”.
Region
16 Sentyabr , 2020 18:39
Azərbaycanda 7 mindən çox Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır
Xatuna Totladze

“Ən çox Gürcüstan vətəndaşları konsulluq qeydiyyatına 5 ölkədə alınıblar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.

Onun sözlərinə görə, siyahıda birinci yeri 13 221 vətəndaşla Yunanıstan tutur: “İkinci yerdə Azərbaycandır. Bu ölkədə 7 038 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib. ABŞ-da 4 312, Ukraynada 3 543, İspaniyada isə 3 124 vətəndaş konsulluq qeydiyyatına alınıb”.

Nazir müavini deyib ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçiriləcək seçkilərlə bağlı ölkə xaricində seçki məntəqələri yaradılacaq: “Hazırkı mərhələdə neçə seçki məntəqəsinin açılacağ hələ məlum deyil. Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşları konsulluq şöbələrində qeydiyyatdan keçəcəklər. Avqustun 11-nə olan göstəriciyə əsasən, qeydiyyatda 52 702 vətəndaş var”.

Son xəbərlər

Orphus sistemi