Azərbaycan vətəndaşı Batumidə bina uçqununa görə iş icraçısını günahlandırıb

Azərbaycan vətəndaşı Batumidə bina uçqununa görə iş icraçısını günahlandırıb Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı məhkəmə prosesi davam edir.
Region
29 İyun , 2022 10:45
Azərbaycan vətəndaşı Batumidə bina uçqununa görə iş icraçısını günahlandırıb

Gürcüstanın Batumi şəhərində ötən ilin oktyabrında bina uçqunu ilə bağlı məhkəmə prosesi davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gün şəhər məhkəməsində iş üzrə növbəti iclas keçirilib.

İttiham olunan Azərbaycan vətəndaşı Zaur Budaqov bildirib ki, məsuliyyəti iş icraçısı daşımalıdır. Onun sözlərinə görə, mənzildə təmir işləri Malxaz Qoçadzeyə həvalə olunub və məhz o, iş üzrə məsuliyyəti üzərinə götürüb. Z.Budaqov qeyd edib ki, fəhlələri də iş icraçısı tutub və təmir işlərini də bilavasitə özü yerinə yetirib.

M.Qoçadze əvvəlki iclasda şahid qismində dindirilib və konstruksiyaların sökülməsinə aidiyyətinin olmadığını deyib.

Məhkəmə digər ittiham olunan şəxs – fəhlə Hüseyn Surmanidzeni də dindirməli olsa da, o, sağlamlıq durumuna görə prosesdə iştirak edə bilməyib.

Növbəti məhkəmə iclası iyunun 30-na təyin olunub.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən il oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Z.Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs 2 - ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulması, həmçinin insan ölümü və digər ağır nəticələrə səbəb olan əşyanın yandırılması, partlayış və yaxud digər ümumi təhlükəli üsullardan istifadə etməklə zədələnməsi və ya məhvi maddələri üzrə ittiham olunurlar.

Bu cinayət əməllərinin törədilməsinə görə 2 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi