Azərbaycan və Qazaxıstan fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahələrində əməkdaşlıq edəcək

Azərbaycan və Qazaxıstan fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahələrində əməkdaşlıq edəcək Qazaxıstan Parlamentinin Majilisi müvafiq qanun layihəsini təsdiq edib
Region
10 Dekabr , 2014 11:48
Azərbaycan və Qazaxıstan  fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahələrində əməkdaşlıq edəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Qazaxıstan Parlamenti Majilisi "Qazaxıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahələrində əməkdaşlığa dair razılaşmanın ratifikasiyası haqqında qanun layihəsini təsdiq edib. Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.

"Həmin razılaşma 2010-cu il oktyabrın 6-da Astanada nazir Kəmaləddin Heydərovun başçılıq etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin səfəri zaman imzalanıb. Razılaşmanın məqsədi Qazaxıstan Respublikası və Azərbaycan Respublikasının fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın hüquqi bazasının yaradılmasıdır", - Qazaxıstanın daxili işlər nazirinin müavini Vladimir Bojko qanun layihəsini təqdim edərkən bildirib.

O qeyd edib ki, Xəzər dənizinin şelfində hər iki dövlətin iqtisadiyyatında strateji rol oynayan neft yataqları var. Hər bir dövlət üçün başlıca məsələ Xəzərdə, o cümlədən dəniz kommunikasiyaları xəttində təhlükəsizliyin təmin olunmasıdır.

V.Bojko həmçinin vurğulayıb ki, Razılaşmanın qüvvəyə minməsi fövqəladə vəziyyətlərin monitorinqi və proqnozlaşdırılması, həmin halların yaranmasına təhlükə olduğu və halların yaranması zaman əhalinin hazırlığı, sahəsində effektiv təcrübə mübadiləsi aparmağa, tərəfdaş dövlətlərin tədris müəssisələrində mülki müdafiə sahəsində mütəxəssislər hazırlamağa, müntəzəm olaraq birgə tematik konfrans, seminar, təlim və məşqlər aparmağa imkan verəcək.

V.Bojkonun sözlərinə görə, razılaşma həmçinin tərəflərin birinin ərazisində sorğu daxil olarsa, yaranan fövqəladə halların aradan qaldırılması üçün ən qısa müddətdə yardım göstərməyə imkan yaradacaq. 

Son xəbərlər

Orphus sistemi