Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrlərinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrlərinin üçtərəfli görüşü keçiriləcək Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraya türkiyəli həmkarı Volkan Bozkırla videoəlaqə vasitəsilə danışıq aparıb.
Region
6 May , 2020 18:47
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrlərinin üçtərəfli görüşü keçiriləcək

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraya türkiyəli həmkarı Volkan Bozkırla videoəlaqə vasitəsilə danışıq aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərinin gələn həftəyə planlaşdırılan üçtərəfli görüşü barədə müzakirə aparıblar.

İ.Beraya bildirib ki, Türkiyə və Azərbaycan Gürcüstanın mehriban qonşuları və strateji tərəfdaşlarıdır: “Gürcüstan hər iki ölkə ilə əməkdaşlığa xüsusi önəm verir”.

Son xəbərlər

Orphus sistemi