Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb

Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüş keçirib.
Region
14 İyun , 2021 17:25
Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Səfirliyin binasında keçirilən görüşdə Gürüstanın müsəlman icmasının vəziyyəti müzakirə olunub.

Tərəflər ölkələr arasında dini sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki qonşu, qardaş və strateji müttəfiq ölkənin bütün sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə GMİ sədri, şeyx Hacı Ramin İgidov, müftilər - Etibar Eminov və Adam Şantadze iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi