Azərbaycan MDB ölkələrinin vergi cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin iclasında iştirak edib

Azərbaycan MDB ölkələrinin vergi cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin iclasında iştirak edib Tacikistanda MDB-yə üzv ölkələrin vergi (maliyyə) cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin Koordinasiya Şurasının XX iclası keçirilib.
Region
23 Avqust , 2019 17:20
Azərbaycan MDB ölkələrinin vergi cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin iclasında iştirak edib
Report

Tacikistanda MDB-yə üzv ölkələrin vergi (maliyyə) cinayətlərinin araşdırılması orqanları rəhbərlərinin Koordinasiya Şurasının XX iclası keçirilib.

"Report" Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qırğız Respublikası, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı dövlətlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, ekstremizm və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə edilib. Nümayəndələr qaçaqmalçılığa və aksiz markası olmayan malların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə qurumlararası əməkdaşlıq təcrübələrini bölüşüblər.

Görüşün yekununda bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən bir sıra qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi