Gürcüstanda Azərbaycan kapitallı şəkər zavodu fəaliyyətini bərpa edə bilər

Gürcüstanda Azərbaycan kapitallı şəkər zavodu fəaliyyətini bərpa edə bilər Azərsun Holdinq MMC-nin Gürcüstanın Kareli şəhərinin Aqara kəndində inşa etdiyi və 2016-cı ilin noyabr ayından fəaliyyətini dayandırmış şəkər zavodu yenidən işə düşə bilər.
Region
3 Aprel , 2020 17:45
Gürcüstanda Azərbaycan kapitallı şəkər zavodu fəaliyyətini bərpa edə bilər

"Azərsun Holdinq" MMC-nin Gürcüstanın Kareli şəhərinin Aqara kəndində inşa etdiyi və 2016-cı ilin noyabr ayından fəaliyyətini dayandırmış şəkər zavodu yenidən işə düşə bilər. 

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib. 

Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatının inkişafı ilə bağlı proqramlarda yerli istehsala xüsusi diqqət yetiriləcək: "Odur ki, “Aqara” şəkər zavodu da fəaliyyətini bərpa etməlidir: Nəinki Gürcüstanda, bütün bölgədə ərzaq tədarükünün tələbat və strukturu dəyişib. Bir neçə ay öncə effektivlik baxımdan aktual olmayan bu cür istehsal sahələrinin bu gün əhəmiyyəti artıb”.

“Aqara" şəkər zavodundan hökumətin fəaliyyətin bərpası ilə bağlı çağırışının gözlənilməz olduğu bildirilib. Qeyd olunub ki, istehsalın bərpası üçün ən azı iki ay tələb olunacaq.

Xatırladaq ki, vaxtilə sözügedən müəssisədə 481 nəfər çalışıb.

Son xəbərlər

Orphus sistemi