Azərbaycan istiqamətində hərəkətdə olan İran gəmisi qəzaya uğrayıb

Azərbaycan istiqamətində hərəkətdə olan İran gəmisi qəzaya uğrayıb Bakı. 20 dekabr. REPORT.AZ/ Xəzər dənizi ilə İrandan Azərbaycan istiqamətində hərəkətdə olan İslam Respublikasına məxsus Narqol ticarət gəmisi Astara limanı yaxınlığında gövdəsindən zədə alıb və nəticədə batmağa başlayıb.
Region
20 Dekabr , 2018 23:28
Azərbaycan istiqamətində hərəkətdə olan İran gəmisi qəzaya uğrayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Xəzər dənizi ilə İrandan Azərbaycan istiqamətində hərəkətdə olan İslam Respublikasına məxsus "Narqol" ticarət gəmisi Astara limanı yaxınlığında gövdəsindən zədə alıb və nəticədə batmağa başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HHQ) istinadən ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda HHQ xilasetmə əməliyyatı aparır.

"İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardım göstərmə komandası Şimal donanmasının dalğıcları ilə birgə hazırda gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerindədirlər", - deyə agentlik hərbçilərə istinadən bildirir.

ISNA-nın məlumatına görə, gəminin gövdəsi bir neçə saat əvvəl deşilib və o, tədricən batmağa başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi