Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək

Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib
Region
5 May , 2021 18:12
Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Bakıda keçirdikləri görüşdə ikitərəfli əlaqələri müzakirə ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər qeyd ediblər ki, strateji tərəfdaşlığın inkişafı və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi hər iki ölkə üçün əsas prioritetdir.

Görüşdə bölgədə baş verən cari proseslər, həmçinin bölgənin inkişafına yönələn Gürcüstan və Azərbaycanın cəlb olunduğu strateji əhəmiyyətli layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

XİN başçıları iqtisadi əməkdaşlıq məsələlərinə də toxunublar. Pandemiya ilə mübarizə sahəsində uğurlu əməkdaşlıq xüsusi olaraq vurğulanıb və postpandemiya dövründə turizm sahəsində əməkdaşlıq da daxil olmaqla fəal iqtisadi əlaqələrin bərpası imkanları nəzərdən keçirilib.

Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi və komissiyanın işinin bərpası imkanları barədə də müzakirə aparıblar. Onlar komissiyanın iclasının mümkün olduğu qədər tez təşkilinə hazırlıqlarını ifadə ediblər. XİN başçıları məsələnin strateji tərəfdaşlıq münasibətlərinə və hər iki ölkənin maraqlarına uyğun şəkildə həllinə ümidvarlıqlarını bildiriblər.

Görüşdə Gürcüstan və Azərbaycanın müxtəlif beynəlxalq və regional platformalarda uğurlu əməkdaşlıq etdiyi bildirilib və bu kontekstdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının effektivliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi