Tbilisi. 17 fevral. REPORT.AZ/ Ötən ay Azərbaycana 56 462 Gürcüstan vətəndaşı səfər edib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın
Bu göstərici ilə Azərbaycan Gürcüstan vətəndaşlarının yanvarda Türkiyədən sonra ən çox üz tutduğu ikinci ölkə olub. Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 116 220 nəfər təşkil edib ki, onların 32-nin ölkəyə girişi qadağan olunub.
Yanvarda yalnız 1 Gürcüstan vətəndaşı Azərbaycana buraxılmayıb.
İlk üçlükdə Türkiyə və Azərbaycandan sonra Ermənistan yer alıb. Yanvarda 25012 Gürcüstan vətəndaşı bu ölkəyə səfər edib.
Daha əvvəl bildirilib ki, ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.