Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstan və Türkiyə arasında uğurlu strateji tərəfdaşlığa toxunan tərəflər iki ölkənin parlamentləri və qanunverici orqanların komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr vurğulanıb.
M.Şentop Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin ikitərəfli və çoxtərəfli formatlarda xarici siyasət prioritetlərinə qəti dəstəyini bir daha təsdiqləyib.
Tərəflər regiondakı təhlükəsizlik məsələlərini də nəzərdən keçirərək, sülh və sabitliyin əldə olunması üçün birgə səylərin vacibliyini qeyd ediblər.