Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır “Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır”.
Region
25 May , 2023 23:51
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü planlaşdırılır

“Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edib.

“Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir.

Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi