Azərbaycan 20 iranlı məhbusu ölkəsinə ekstradisiya edib
Region
- 23 iyun, 2021
- 12:01
Azərbaycanda həbsdə olan 20 iranlı məhbus bu gün Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Diplomat ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.
Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.
Onun sözlərinə görə, Azərbaycanda hazırda təxminən 200 iranlı məhbus var. Onlar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.
Son xəbərlər
22:36
Azərbaycan və ABŞ-nin Gürcüstandakı səfirləri regional əməkdaşlığı müzakirə ediblər
Region22:35
"Neftçi"nin məşqçisi: "Azarkeşləri üzdüyümüzü bilirik"
Futbol22:23
Quterreş Suriya üzrə xüsusi nümayəndəsinə yeni müavin təyin edib
Digər ölkələr22:21
Yaponiyada zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr22:18
Konqo Prezidenti Ruandanı sülh sazişini pozmaqda ittiham edib
Digər ölkələr22:14
Foto
Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət22:06
Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib
Mədəniyyət siyasəti21:56
Foto
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Xarici siyasət21:53
Foto