AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb - YENİLƏNİB

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb - YENİLƏNİB Bakı-Qroznı J2-8243 nömrəli reysini həyata keçirən Azerbaijan Airlines aviaşirkətinin Embraer 190 təyyarəsi Aktau şəhərindən 3 km məsafədə məcburi eniş edib.
Hadisə
25 Dekabr , 2024 11:39
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb  - YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

11:26

Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 10 nəfər sağ qalıb .

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmət orqanları məlumat yayıb.

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Qeyd edilib ki, baş verən yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi