​Aylıq maaşı 2,5 min dollar olan erməni səfir 174 min dollarlıq mənzil alıb

​Aylıq maaşı 2,5 min dollar olan erməni səfir 174 min dollarlıq mənzil alıb Onun həyat yoldaşı isə bəyannamədə göstərib ki, illik gəliri 2 472 dollardır
Region
21 Aprel , 2016 14:57
​Aylıq maaşı 2,5 min dollar olan erməni səfir 174 min dollarlıq mənzil alıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistanın Gürcüstandakı səfiri Quri Vardanyan ötən il 173 min 281 dollar dəyərində mənzil alıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, ötən il o, illik gəlirinin 30 min dollara yaxın olduğunu bildirib. Y.Vardanyan ayda aldığı 2 454 dolları gəlir mənbəyi olaraq göstərib.

Onun həyat yoldaşı Eleonora Vardanyan isə bəyannamədə göstərib ki, illik gəliri 2 472 dollardır. 

Son xəbərlər

Orphus sistemi