​Aylıq maaşı 2,5 min dollar olan erməni səfir 174 min dollarlıq mənzil alıb

Region
  • 21 aprel, 2016
  • 10:57
​Aylıq maaşı 2,5 min dollar olan erməni səfir 174 min dollarlıq mənzil alıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistanın Gürcüstandakı səfiri Quri Vardanyan ötən il 173 min 281 dollar dəyərində mənzil alıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, ötən il o, illik gəlirinin 30 min dollara yaxın olduğunu bildirib. Y.Vardanyan ayda aldığı 2 454 dolları gəlir mənbəyi olaraq göstərib.

Onun həyat yoldaşı Eleonora Vardanyan isə bəyannamədə göstərib ki, illik gəliri 2 472 dollardır.